Ermənistanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Ermənistanda daha bir vəzifəli şəxs  işdən çıxarıldı
Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Narine Xaçaturyanı (Tuxikyan) tutduğu vəzifədən azad edib.

Sfera.az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan uyğun qərarı imzalayıb.

Bildirilib ki, yanvarın 19-da Yerevanda Rəssamlar İttifaqında Narine Xaçaturyanın iştirakı ilə qalmaqal olub. Sərgi zamanı jurnalist müsahibə götürərkən mədəniyyət sahəsindən olan bir qadın nazir müavininə yaxınlaşaraq təhqir edib, onu hakimiyyətin sədaqətli nümayəndəsi adlandırıb. Onun işdən çıxarılması bu hadisə ilə əlaqələndirilir.

Qeyd edək ki, Xaçaturyan 2020-ci il iyunun 11-də bu vəzifəyə təyin edilib. Bundan əvvəl hakim "Mənim addımım” blokundan deputat olub. O, deputat mandatından imtina edərək hökumətdə işləməyə başlayıb. Onun parlamentdəki yerini Artur Ovannisyan tutub. Narine Xaçaturyan deputat olmazdan əvvəl Ovnes Tumanyan adına muzeyin direktoru işləyib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...