“Bu cəfəngiyyatdır...” – Peskov Navalnıdan çəkinməkləri haqda iddialardan danışdı

13:42 / 20.01.2021
2813
Rusiya prezidentin
mətbuat katibi Dmitri Peskov Aleksey Navalnının Rusiyaya qayıtması ilə bağlı vəziyyəti
şərh edib.
Sfera.az
xəbər verir ki, bu haqda RİA Novosti məlumat yayıb.
Müxalifətçinin
həbsindən danışan Kreml sözçüsü vurğulayıb ki, Navalnı xaricdə müalicə olunduğu
müddətdə Federal Penitensiar Xidmət (FSIN) ona qarı anlayış göstərsə də, siyasətçi xəstəxanadan çıxandan sonra suallar meydana çıxdı.
Bundan əlavə,
Peskov Putinin guya Navalnıdan çəkinməsi ilə bağlı irəli sürülən iddiaları cəfəngiyat
adlandırıb.
Dmitri
Peskov, blogerin saxlanılması və həbsi ilə bağlı Qərb ölkələrinin bəyanatlarına
da reaksiya verib və Kremlin onları dinləmək niyyətində olmadığını bildirib.
Sfera.az