Bomba iddia: Rusiyanın vasitəçiliyi ilə Əsəd İsraillə anlaşdı - İrana zərbə

Bomba iddia: Rusiyanın vasitəçiliyi ilə Əsəd İsraillə anlaşdı - İrana zərbə
1973-cü ildən bəri İsrail ilə qarşıdurma yaşayan Suriya rejiminin Deyrizor bölgəsinə edilən hava hücumlarında böyük itki verdikdən sonra bu ölkə ilə anlaşmaq məcburiyyətində qaldığı iddia olunur. 
 
Sfera.az xəbər verir ki, ərəb mediasında yer alan xəbərlərdə rejimin paytaxt Dəməşqdə Rusiyanın vasitəçiliyi ilə İsrail nümayəndə heyəti ilə gizli görüşünün baş tutduğu bildirilir.

Gizli toplantıda İranın Suriyadakı fəaliyyətlərinin müzakirə edildiyi və hava hücumlarının dayandırılması qarşılığında ölkədəki İran hərbi qüvvələrinin çıxarılması tələbinin gündəmə gətirildiyi iddia olunur.

Əl Arabiya TV-də öz əksini tapan iddiaya görə, Şam rəhbərliyi ilə İsrail arasında İranla bağlı "hərtərəfli görüş" keçirilib. Yayılan məlumatlara görə, İsrail və Suriya rəsmiləri keçən ay Lazkiye şəhərindəki Rusiyanın "Hmeymim" hava bazasında görüşüblər. Rusiyanın vasitəçiliyi ilə keçirilən iclasın əsas gündəm maddəsi İran qüvvələrinin Suriyadan çıxarılması olub. Görüşə Suriyadakı Rusiya Hava Qüvvələri Komandiri Aleksandr Yuryeviç Çaykonun sədrlik etdiyi də iddialar arasındadır. 

İsrail tərəfinin rejim nümayəndə heyətinə, İranın və milislərinin ölkəni tərk etməsi qarşılığında Suriyanın Ərəb Birliyinə dönməsini asanlaşdırması, İrana borclarını ödəmək üçün Dəməşqə maddi yardım göstərməsi və qərb sanksiyalarının qaldırılmasını dəstəkləməsi iddia edildi.

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...