Yollar buz bağladı, 130 avtomobil bir-birinə çırpıldı

Dünya
19:53 / 19.01.2021
4115
Yaponiyada zəncirvari avtomobil qəzası olub.
Sfera.az xəbər verir ki, Miyaqi əyalətində şiddətli qar yağışından sonra yolun buz bağlaması nəticəsində 130 avtomobil bir-birinə çırpılıb.
Hadisə iştirakçısı olan 200 nəfərdən ən az 10-u yaralanıb, 1-i ölüb.
Yaponiya Meteorologiya Agentliyi, Hokkaydo, Tohoku və Hokuriku bölgələrində qar yığıntısı, buz və qar uçqununa qarşı xəbərdarlıq edib.