Yeni təyin edilən nazir müavini almaz oğrusu çıxdı - FOTO

Yeni təyin edilən nazir müavini almaz oğrusu çıxdı - FOTO
Ermənistan müdafiə nazirinin müavini təyin edilən Suren Saakyanın qaçaqmalçılıqla məşğul olduğu üzə çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Bu yaxınlarda yüksək vəzifəyə təyinat alan Saakyan nazir Vaqarşak Arutyunyanın ana tərəfdən qohumudur. O, siyasətə 90-cı illərdə gəlib. Nazir müavini Robert Koçaryanın prezidentliyi dövründə, 1994–1999-cu illərdə Ermənistanın Rusiyadakı səfirliyində çalışıb. 1999-2002-ci illərdə səfir olub. 2008-2011-ci illərdə "Monarch” şirkətinin direktoru, 2011-2018-ci illərdə isə ВТБ bankda işləyib. Saakyan uzun illər Rusiyada yaşayıb.

Ermən KİV-lərinin yaydığı məlumata görə, ölkədə yüksək posta yalnız qohumluq prinsipi ilə deyil, həm də Rusiyaya bağlılığı ilə seçilən şəxslər gətirilir.

Politoloq Manuk Sukiasyan qeyd edib ki, Saakyan bir vaxtlar qaçaqmalçılıqla məşğul olduğu üçün Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun paltosundan bahalı almaz tapılıb. Ermənistan hökumətinin çətin vəziyyətə düşməməsi üçün səlahiyyətlilər onu diplomatik sistemdən kənarlaşdırıblar. Bununla oğurluq faktının üstünü örtməyə çalışıblar. (Azvision.az)

 


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...