UEFA-dan “Qarabağ”a 190 min avro

13:50 / 19.01.2021
2529
UEFA növbəti dəfə "Qarabağ”ın hesabına maliyyə vəsaiti köçürüb.
Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bildirilib ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxışı zamanı heç-heçə nəticələnmiş oyun üçün UEFA tərəfindən müəyyənləşdirilmiş bonus vəsait – 190 000 (yüz doxsan min) avro AFFA-nın vasitəçiliyi ilə "Qarabağ” Futbol Klubunun hesabına köçürülüb.