ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırıldı

ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırıldı
ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri gücləndirilib.

Sfera.az xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar olaraq, Kapitoliyə aid bütün binalara giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.

Konqresdən verilən açıqlamaya görə, binada olanlara qapı və pəncərələrdən uzaq durmaq məsləhət görülür.

Kapitoli polisi bildirilib ki, idarə əməkdaşlarına hadisənin araşdırıldığı müddətdə sığınacaqda qalmaq tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR