Türkiyədə 56 saatlıq “Evdə qal!” rejimi başladı

Dünya
00:25 / 16.01.2021
3076
Türkiyədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərlə əlaqədar növbəti 56 saatlıq "Evdə qal!” rejimini başlayıb.
Sfera.az xəbər verir ki, yanvarın 15-də saat 21:00-da qüvvəyə minən rejim yanvarın 18-də saat 5:00-dək davam edəcək.
Qeyd edək ki, hazırda Türkiyədə "Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.