“Qarabağda 34 min erməni evsiz qalıb” – Mane Tandilyan

Dünya
16:14 / 15.01.2021
2164
Qondarma "DQR”in əmək və sosial miqrasiya naziri Mane Tandilyan "RIA Novosti”yə açıqlamasında müharibədən sonra Qarabağda humanitar böhranın yaşandığını söyləyib.
Sfera.az xəbər verir ki, Tandilyan regionda sosial məsələlərin son dərəcə kəskinləşdiyini bildirib.
Onun sözlərinə görə, evsizlər üçün mənzil tapmaq məsələsi xüsusilə aktualdır, lakin köçürülmə proqramı artıq başlayıb.
"Təxminən 34 min erməni bölgədəki qarşıdurmanın kəskinləşməsi və ərazilərin Azərbaycana verilməsi səbəbilə evsizdir”, – Tandilyan vurğulayıb.
(qazet.az)