Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu - VİDEO

Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu - VİDEO
Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan avtomat və digər silahların qaçaqmalçılığı ilə məşğul olan qrupu ifşa edib.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin Mətbuat xidməti məlumat yayıb. Silah qaçaqmalçılığı ilə məşğul olan qrupun başında İrəvan sakini S. B. adlı şəxsin olduğu bildirilib.

O, sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra könüllü olaraq Qarabağa gedib. Daha sonra bir qrup şəxslə əlbir olaraq, silahları qanunsuz şəkildə mənimsəyərək İrəvandakı mənzilinə daşıyıb. Noyabrın başlanğıcında isə sözügedən şəxs silahları 500-600 dollara satmağa hazırlaşıb.

Axtarış zamanı onun mənzilində pulemyot, patron və digər döyüş sursatları tapılıb. Daha sonra isə, Sünik bölgəsinin Tex kəndində İrəvana qanunsuz daşınması və satışı üçün nəzərdə tutulmuş silahların saxlandığı anbarlar tapılıb.

Anbardan ümumilikdə 43 ədəd "Kalaşnikov” avtomatı, 7.62 çaplı 280 patron, 23 qutu 5.45 patron, optik nişanalma binoklları və bir qrant aşkarlanaraq götürülüb.
 
/Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Nahid Bağırov Kələzeyvə kəndinin sakinləri ilə görüşüb -FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon sakinlərinin növbəti səyyar qəbulunu keçirib.  Sfera.az xəbər verir ki, ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...