Qızıl bahalaşdı
09:33 / 11.05.2016
1904
Amerika fond bazarında Dow Jones indeksi 1,26% - 17 928,35 bəndədək, S&P 500 1,25% - 2 084,39 bəndədək, NASDAQ 1,26% - 4 809,88 bəndədək artıb.
Sfera.az APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% - 6 156,81 bəndədək, Almaniya DAX-ı 0,65% - 10 045,44 bəndədək, Fransa CAC-40-ı 0,36% - 4 338,21 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,61 dollar bahalaşaraq 1270,45 dollara, gümüş isə 0,16 dollar artaraq 17,25 dollara satılıb.