Neftçalada 49 yaşlı kişi bıçaqlandı

Kriminal
00:20 / 13.01.2021
3442
Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.
Faktla bağlı araşdırma aparılır. (Report)