Bakıda avtomobil oğurlayan şəxslər yaxalandı - VİDEO

Bakıda avtomobil oğurlayan şəxslər yaxalandı - VİDEO
Bakıda avtomobilləri qaçırdıqdan sonra salonundakı aksesuarları söküb satan dəstə üzvləri saxlanıb. Polis həmin şəxslərin ətrafında araşdırma apararkən müəyyən edib ki, onlar paytaxtın başqa rayonlarında da analoji cinayət törədiblər.

Avtomobilləri qaçırıb salonunda olan aksesuarları söküb satan şəxslər saxlanıb.

Xətai Rayon 37-ci Polis Şöbəsinə "UPD" qəsəbə sakini məlumat verib ki, naməlum şəraitdə "VAZ-2104" markalı avtomobili qaçırılıb. Dərhal başlanan əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanıb.

Məlum olub ki, bu işdə Amin Ramazanov tək olmayıb. Onunla birlikdə rayon ərazisindəki avtomobillərə qənim kəsilən Bəxtiyar Cəlilov və Şahin Nəcəfov da saxlanıb. Onların üzərlərinə baxış keçirilərkən hər birinin üzərindən narkotik vasitə də aşkarlanıb. Amin Ramazanov əsasən rusiya istehsalı olan maşınları qaçırdıqlarını bildirib.

Bəxtiyar Cəlilov deyib ki, onları bu işə Amin Ramazanov cəlb edib. Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda iki ''Vaz'' markalı avtomobili qaçırdıqları və bir ''Reno'' markalı avtomobildən oğurluq etdikləri məlum olub.

Xətai rayon polis idarəsində aparılan araşdırma zamanı saxlanan şəxslərin paytaxtın Nizami və Sabunçu rayonlarında da avtomobil qaçırdıqları faktları üzə çıxıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir. (xezerxeber.az)


OXŞAR XƏBƏRLƏR

lham Əliyev Albaniyada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi B...

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...