Prezident Əhməd İsmayılova yüksək vəzifə verdi - SƏRƏNCAM

Prezident Əhməd İsmayılova yüksək vəzifə verdi - SƏRƏNCAM
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.İsmayılov 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb. 20 iyun 2018-ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində işləyib. 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.

Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə "Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu "Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müavini vəzifəsinə təyinat alıb.

Ə.İsmayılov Prezident İlham Əliyevin 2020-cı il aprelin 4-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.

OXŞAR XƏBƏRLƏR

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...