"Avroviziya 2021"in taleyi bəlli oldu

Koronavirus pandemiyasına baxmayaraq, "Avroviziya" beynəlxalq vokal müsabiqəsi 2021-ci ildə keçiriləcək.

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, şərhçi, aktyor və komediyaçı Qraham Norton musiqi yarışının taleyindən danışıb. Sənətçi bu il fərqli ölkələrin musiqiçilərinin birinci yer uğrunda mübarizə aparacaqları müsabiqənin ənənəvi formatda "mütləq baş tutacağını" qeyd edib.

Eyni zamanda, müsabiqənin təşkilatçıları yarışçıların Rotterdama (Hollandiya) gələ bilməməsi və ya oraya çatdıqdan sonra karantində qalmaq məcburiyyətində olacağı təqdirdə, çıxışın video yazısının təqdim edilməsinə də icazə verib. Qeyd olunan nömrələr üçün ciddi qaydalar müəyyənləşdiriləcək.

Bununla yanaşı, Norton vokal yarışının "20 min tamaşaçı ilə stadionda baş tutacağına" inanmadığını da dilə gətirib.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında "Avroviziya" müsabiqəsinin təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbir üçün dörd ssenari təqdim edərək, yarışın formatının dünyadakı epidemioloji vəziyyətdən asılı olacağını vurğulamışdılar.

Yarışın tarixləri daha əvvəl açıqlanmışdı. Belə ki, finalının 22 mayda keçirilməsi planlaşdırılır. (Publika.az)

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...