Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10:11 / 10.05.2016
3109
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günüdür.
Sfera.az Trend-ə istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.