“Anam bacıma və mənə siçan zəhəri içirmək istədi” - Müğənnidən dəhşətli etiraf

Sfera.az xəbər verir ki, müğənni verilişdə çətin keçən uşaqlığından bəhs edib:
"Evimiz Adanada bir tarlanın kənarında yerləşirdi. Orada anam və bacımla birlikdə yaşayırdım. Atam isə Almaniyada bizdən fərqli olaraq, başqa bir həyat tərzində yaşayırdı. Yadımda qalan ən dəhşətli şey ac qalmağımız olub”.
Onun, anasının ölümü ilə bağlı söylədikləri hər kəsi duyğulandırıb:
"Anamın ölümü bizi çox kədərləndirdi. Bir gün anamla birlikdə siçan zəhəri alaraq evimizə getdik. Anam evə çatar-çatmaz zəhəri çaynikə doldurdu. İlk öncə bacıma uzadaraq içməyini tələb etdi, bacım içməyincə mənə uzatdı. Mən də rədd edəndə, anam özü içdi. O ala bağlı xatırladığım tək şeyanamın qışqıraraq özünü çölə atması oldu. Təbii ki, bunu çarəsizlikdən etdi. Biz onda çox balaca idik, heç nəyi dərk etmirdik. Anam öldükdən sonra Almaniyaya atamın yanına getdik, bacım da orda öldü. Mənim uşaqlığım çox pis keçib”.
Jalə Mehdi
Sfera.az