Hülya Avşar yeni seriala çəkilir: Tələbləri şoka saldı

Maqazin
12:29 / 09.01.2021
3346
Məşhur türk aktrisası və müğənni Hülya Avşar 4 il fasilədən sonra seriala çəkiləcək.
Sfera.az xəbər verir ki, o, "Yaş 19" serialına çəkilmək üçün film heyətindən idman zalı qurulmasını tələb edib.
"Tələblərim yerinə yetirilməsə işləyə bilmirəm. Serialda çəkilmək üçün kiçik idman zalı qurmalarını istədim. Bu saatdan sonra rahatlığımı nəyəsə qurban vermək fikrim yoxdur”, - deyə H. Avşar bildirib.
Qeyd edək ki, 57 yaşlı aktrisa serialın hər bölümü üçün 120 min lirə təxminən (27 min 816 manat) qonarar alacaq.
Jalə Mehdi
Sfera.az