İnsanları vahimələndirən PROQNOZA azərbaycanlı astroloqdan REAKSİYA

İnsanları vahimələndirən PROQNOZA azərbaycanlı astroloqdan REAKSİYA
Artıq 2020-ci ili geridə qoyduq. 2021-ci ilin ilk həftələrini yaşayırıq. 2021-ci ilin gəlişindən sonra bəzi əcnəbi astroloqlar vahiməli proqnozlar səsləndiriblər. Həmin proqnozlara görə, 2021- ci il "üsyan ili” olacaq. Dünyanın hər yerində çoxlu üsyanlar baş verəcək. Hətta bəzi xalqların bu üsyanlara görə ayaqlar altında qalacağı da söylənilir.

 

 

Bəs azərbaycanlı astroloqlar bu haqda nə düşünürlər?


 

 

Sfera.az-ın məlumatına görə, tanınmış astroloq, "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az saytına açıqlamasında deyib ki, dünyada astroloji proqnoz verənlər 2 tipdə olur. Biri real hesablamalara əsaslanaraq doğruları soyuqqanlı şəkildə çatdıranlar, digəri isə sensasiya xətrinə məlumat verənlər:


 

 

"Ənənəvi olaraq hər il 25 proqnoz verirəm. İlin sonunda bu proqnozlarımın nəticələrini hesabat kimi insanlara çatdırıram. Bu, əslində belə də olmalıdır. Ötən il bir şəxs 28 proqnoz vermişdi. Onlardan yalnız biri və ya ikisi doğru çıxmışdı. Həmin insanlar bu gün proqnozlarının nəticələrini izah etməkdən boyun qaçırırlar”.


 

S.Rəhimlinin sözlərinə görə, o, proqnozlarının hesabatını aparmaq üçün mediaya müraciət edir. Lakin bəzən bəzi media nümayəndələri keçənilki proqnozların nəticələrinin hesabatında maraqsız olurlar.


 

 

 

"Demək ki, onlara da sensasiya xətrinə verilən proqnozlar lazımdır. Düşünmürlər ki, insan çəkilən əziyyətə, verilən proqnozları dəyərləndirməlidir.


 

Bir proqnozu ərsəyə gətirmək üçün təkcə astroloji məlumatları yox, situasiyaları hərtərəfli araşdırıb öyrənmək lazımdır. Çox təəssüf edirəm ki, insanlarımız daha çox sensasiyalı məlumatlara can atırlar. Mən artıq təkzibedici astroloqa çevrilmişəm. 2012-ci ildəki "21 dekabr məsələsi”ndə bütün televiziyalara çıxıb izah etdim ki, Yer qaranlıq ola bilməz. Ən böyük planet belə Yerin yaxınlığından keçsə, 2 saatdan artıq qaranlıq ola bilməz”.


 

 

Müsahibimizin fikrincə, indi də eyni vəziyyət təkrarlanır, bəziləri "üsyanlar ili” olacağı haqda məlumatlar yayırlar.


 

 

"Keçən il də müharibə olacağını demişdilər. Lakin olmadı. Bu müharibə təkcə Azərbaycanda oldu. O da dünya çapında - yəni, İraq, Suriya, Əfqanıstanın müharibəsi kimi olmadı. 44 gün ərzində baş verdi və işğal altında olan rayonlarımız geri qaytarıldı. Çinlə Hindistan arasında sərhəddə atışmalar oldu. Dünya bununla dayandı, susdu. Sadəcə, üsyanlar barədə yayılan məlumatların hamısı sensasiya üçündür. Kiminsə verdiyi bir proqnoza mən cavabdeh ola bilmərəm. Mən öz proqnozlarıma cavabdehəm. Mənim dediyim proqnozlar olur. Astrologiyanın hesablaya biləcəyi proqnozları ortaya qoyuram, astrologiyanın gücü çatmadığı proqnozları demirəm”.

 

 

 



OXŞAR XƏBƏRLƏR

Xarici media subyektləri ilə bağlı tələblər təsdiq edildi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...