Məşhur müğənni şokdadır - Dayə evini “soyub soğana çevirdi” + FOTO

Maqazin
16:02 / 08.01.2021
2690
Məşhur
türkiyəli müğənni Yeliz Yeşilmenin evi qarət edilib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı müğənnisosial media hesabından yayıb.
İfaçı evin uşaqlarının dayəsi tərəfindən soyulduğunu bildirərək həmin qadının fotosunu paylaşıb:
"Əziz izləyicilərim, çox pis bir hadisə ilə üzləşmişəm.Dostumun evinə getmişdim, ordan da övladlarımla marketə getdim. Geri qayıdanda evimin etibar etdiyim qadın tərəfindən soyulduğunu anladım. Bu qadın evimi soyub soğana çevirib. Xeyli qiymətli əşyalarım oğurlanıb. Bodrum şəhərində bu qadını görənlər, mənə xəbər eləsin".
Jalə Mehdi
Sfera.az