Gəncədə vəhşilik: ər arvadını küçədə öldürdü
Hadisə
09:25 / 09.05.2016
2525
Mayın 8-i, axşam saat 21 radələrində Gəncə şəhər sakini, 23 yaşlı Samirə Həsənova bədənin müxtəlif nahiyələrinin coxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Sfera.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tibb müəssisəsindən verilən məlumata görə, həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. 2 azyaşlı oğlu olan Həsənovanın 31 saylı orta məktəbin yaxınlığında keçmiş həyat yoldaşı Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov tərəfindən bıçaqlandığı bildirilir. Şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.