Manaf Ağayev koronavirusa yoluxmasından danışdı: “Tez-tez yas mərasimlərinə gedirdik”

Manaf Ağayev koronavirusa yoluxmasından danışdı: “Tez-tez yas mərasimlərinə gedirdik”
"Övladım olmasaydı bəlkə də, bu gün mən həyatda olmazdım”.

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Günə bir şou” proqramında söyləyib.


Sənətçi koronavirusa yas mərasimində yoluxduğunu bildirib:


"Bu virus elə bir şeydir ki, konkret bilmək olmur kim səni yoluxdurdu. Son zamanlar mən və həyat yoldaşım tez-tez yas mərasimlərinə gedirdik. Düşünürəm ki, yəqin bizdə elə ordan virusa yoluxduq. Başıma gəlməyincə,bunu boş bir şey kimi qəbul edirdim. Canım ağrıyanda həqiqiliyinə inandım. Hiss etdim ki, nəsə sümüklərim sızıldayır. Oğlum dedi ki, ata bir həkimə get, test ver. Onun təkidi ilə getdim. Özlüyümdə düşünürdüm, soyuqdəymədir keçib gedəcək. Test verdim analizlərin cavabı pozitiv çıxdı. Əlimə qoşulan saturasiya aparatında nəticə 100-ü göstərdi. Həkim yenicə yoluxduğumu söylədi və mən günlərlə xəstəxanada yatmalı oldum.Yoldaşım da məndən 2-3 gün sonra xəstəxanaya yerləşdirildi. Çünki yoldaşımın vəziyyəti getdikcə ağırlaşırdı”.


O, qeyd edib ki, ancaq dörd-beş gündən sonra həyatda olduğunu hiss etməyə başlayıb:


"Günlərlə qızdırmam 38 dərəcədən aşağı düşmürdü. Bədənim o qədər pis ağrıyırdı ki, təsəvvürünüzə gətirin spirti əlimə su kimi tökürdüm, ancaq iyini hiss edə bilmirdim. Vaxtında üstünə düşməsəm, bəlkə də indi həyatda olmazdım. Çünki səhhətimdə bir çox problemlər var”.

 

 

Jalə Mehdi

Sfera.az

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...