Muradın qısqanclıqdan gözü döndü: Keçmiş sevgilisinə görə Acunu sildi

Maqazin
11:43 / 06.01.2021
1781
Türkiyəli müğənni Murad Dalkılıç məşhur aparıcı və prodüser Acun İlıcalını "Instagram"da izləmədən çıxarıb.


Sfera.az xəbər verir ki, buna səbəb isə Acunun "TV 8"də yayımlanan verilişə Muradın keçmiş sevgilisi Hande Erçel ilə aktyor Kərəm Bürsini birgə qonaq etməsi olub. "O ses Türkiye"nin Yeni ilə özəl çəkilən verilişinə qatılan Hande ilə Kərəm səmimi dialoqları ilə gündəmə çevriliblər.
Buna əsəbləşən Murad həmçinin, Hande və Kərəm ilə ortaq dostlarını da izləmədən çıxarıb.
Qeyd edək ki, Hande Erçel və Kerem Bürsin hazırda "Sen çal kapımı” serialında rol alırlar. Onların sevgili olduqları iddia olunur.


Jalə Mehdi
Sfera.az