TQDK mayın 15-də qəbul imtahanı keçirəcək

TQDK mayın 15-də qəbul imtahanı keçirəcək

 

Mayın 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan Oxu.Az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən bu qurumun internet saytında müvafiq səhifəyə (//eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq "Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

Buraxılış vərəqəsi ilə yanaşı, saytın müvafiq səhifəsində (//eservices.tqdk.gov.az/brxvbak/yaddas_kitab.pdf) onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanda 14.495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6.859-u ikinci qrup, 7.636-sı üçüncü qrup üzrə imtahan verəcək. 


OXŞAR XƏBƏRLƏR

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...