"Məni öldürməyə gücünüz çatmaz!" - Yeni il rəqsinə görə tənqid edilən Röyadan ilk AÇIQLAMA

Maqazin
12:54 / 05.01.2021
7771
Xalq artisti Röya Ayxan Yeni il gecəsi rəqs etdiyi anları əks etdirən videosuna görə sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidlərə cavab verib.
Sfera.az xəbər verir ki, bununla bağlı müğənni sosial media hesabında yazıb.
"Məni hər kəs bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdi. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm.
Əgər evimdə rəqsim sizi narahat etdisə, o zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiniz. Yox, əgər məndə səhv axtarırsınızsa, əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Məni öldürməyə gücünüz çatmaz”, - deyə R. Ayxan bildirib.
Jalə Mehdi
Sfera.az