Dünyanın ən möhtəşəm körpüləri

Dünyanın ən möhtəşəm körpüləri

Körpülərin bəziləri isə sadəcə infrastrukturun bir parçası deyil, eyni zamanda onları yaradanların ixtirası kimi tarixə düşüb

Dünyada çaylar və körfəzlər üzərində minlərlə körpü var. Bunların bəziləri isə sadəcə infrastrukturun bir parçası deyil, eyni zamanda onları yaradanların ixtirası kimi tarixə düşüb. 

Sfera.az inter.az-a istinadən dünyanın ən möhtəşəm körpülərini təqdim edir. 

1. Avstraliyada Brisban çayı üzərində Kurilpa körpüsü. Təxminən 63 minyol dollara başa gələn körpü avstraliyalı memarlıq şirkəti Cox Archites tərəfindən dizayn edilib. Bu növdə olan ən uzun piyada körpüsü olduğu ifadə edilən körpü 470 metr uzunluğunda, 6,5 metr enliliyindədir. Körpünün qalınlığı 25 santımetrdir. Körpünün bu vəziyyətdə illik gözlənən 37,8 tonluq karbon emissiyasının qarşısını alacağı deyilir. 



2. Montenoqroda Zabljak şəhəri yaxınlığında Tara çayı üzərində Durdevica Tara körpüsü. Mijat Trojanoviç tərəfindən dizayn edilən körpü 1937-1940-cı illərdə inşa edilib. 365 metr uzunluğunda olan körpü 5 tağdan ibarətdir. Ən uzun aşırımı 116 metrdir. Körpü Tara çayından 172 metr hündürdə yerləşir. Körpü Avropanın ən böyük nəqliyyat üçün nəzərdə tutulmuş tağlı beton körpüsü idi. 



3. Sinqapurun Heliks körpüsü. Müasir sarmaşıq şəkilli forması ilə Heliks körpüsü 2010-cu ilin aprel ayında istifadəyə verilib. Xüsusi ilə gecə işıqlandırması zamanı körpü möhtəşəm mənzərəsi ilə heyran edir. 280 metr uzunluğundakı körpü 65 metrlik 3, 45 metrlik iki tağdan ibarətdir. Əgər poladı körpünün başından-sonun düz uztsaydılar körpünün uzunluğu 2,25km olardı. Körpünün ağırlığı 1 700 tondur. 



4. Parisdə Sena çayı üzərində III Pont Alexendre körpüsü. Parisda Sena çayı üzərində mövcud olan irili-xırdalı 37 körpüdən ən möhtəşəmi olan III Pont Alexandre (III İsgəndər körqüsü) 1900-cu ildə inşa edilib. 1892-ci ildə yaradılan Fransa-Rusiya birliyindən sonra 1896-cı ildə inşasına başlanan körpü Rusiya çarı II Nikolayın atasının adını daşıyır. Körpünün hər iki girişində 17 metrlik, üzərində qızılı heykəllər olan 4 postament var. Körpünün uzunluğu 107, eni 40 metrdir. 



5. Amsterdamda Hündür, yaxud digər adi ilə Piton körpü. Qırmızı və qıvrım forması ilə ilanı xatırladan Piton körpüsü bir çox mükafat qazanıb. Körpü 2001-ci ildə piyadaların hərəkəti üçün inşa edilib. 5 ildən bir keçirilən Sail Amsterdam festivalı zamanı körpü sökülür.  Körpünün qırmızı tağlarının uzunluğu 90 metrdir. 



6. İranda Zayandeh çayı üzərində Allahverdi xan, yaxud 33 tağlı körpü. 1650-ci illərdə inşa edilən körpü sadəcə nəqliyyat məqsədi daşımır, eyni zamanda bənd kimi istifadə olunur. Xusui ilə gecə işıqlanan zamanı ortaya görməyə dəyər mənzərə çıxır. 24 tağdan ibarət olan körpünün uzunluğu 133, eni 12 metrdir. Körpü 1873-cü ildə yenidən bərpa edilib. 



7. Fransanın Qardon çayı üzərində Qard körpüsü. Körpü Nimes su kəmərinin bir hissəsidir. Körpünün tarixi əhəmiyyətini nəzərə alaraq 1985-ci ildə onu UNESCO-nun dünya irsi siyahısına salıblar. Üst-üstə üç tağdan ibarət körpünün hündürlüyü 48,8 metrdir. 



8. Çinin Hangzhou körfəz körpüsü. Körpünün inşası 14 iyun 2007-ci ildə başa çatıb və 26 iyunda açılıb. 1 May 2008-ci ildə isə ictimaiyyət üçün açılıb. Körpü Ningbo və Şanxay arasındakı məsafəni azaldıb- 400km-dən 180 km-ə. 35,673 km uzunluğu ilə körpü 10 okean üstü körpülər arasında yer tutur. 



9. Kolumbiyada Las Lajas bazillikasına aparan körpü. Ziyarətçini kilsəyə aparan körpü 1916-1949-cu illərdə tikilib. Körpünün apardığı hazırki kilsə 01.01.1916-20.08.1949-cu ildə tikilib. Kanyondan 100 metr hündürdə yerləşən körpü kanyonun qarşı tərəfindəki 50 metrlik körpü ilə birləşir. 



10. Sinqapurda ən hündür piyada körpüsü Henderson dalğası. 2008-ci ildə inşa edilmiş körpünün hündürlüyü 36 metrdir. Adından da göründüyü kimi körpü dalğanı xatırladır. 274 metr uzunluğundakı körpü dalğa  şəklində burulur. Axşam saat 7-dən günorta 2-ə qədər körpü LED işıqlarla işıqlandırılır. 


OXŞAR XƏBƏRLƏR