2020-ci ildə itirdiyimiz SƏNƏT ADAMLARI - FOTO

2020-ci ildə itirdiyimiz SƏNƏT ADAMLARI - FOTO
Bəlkə də 2020 – ci il qədər qarışıq hisslərlə yaşadığımız başqa bir olmayıb... dünya olaraq virusla mübarizə apardıq, sıxıntılarla yaşadıq, sevdiklərimizi itirdik... sonra ölkə olaraq, illərdir həsrətində olduğumuz torpaqlarımızın azadlığı üçün başlayan 44 günlük müharibədə birlikdə həm ağladıq, həm də sevindik...

Təəssüf ki, 2020 Azərbaycan İncəsənəti üçün də uğurlu olmadı... yeni - yeni film çəkilişləri, tamaşalar, festifallar, qastrollar hər birisi gözləmədə qaldı...

 

2020 –ci ildə Azərbaycan Mədəniyyəti yenə də itirdi - Teymur Mustafayev, Mayis Ağabəyov, Etibar Babayev, İsmayıl Dadaşov, Etibar Qasımbəyli, Sabir Ələsgərov, Kamil Məmmədov...

 

Sfera.az xəbər verir ki, "Azərbaycan kinosu” səhifəsi 2020-ci ildə həyatdan köçən sənətkarların siyahısını hazırlayıb.

 

29 Fevral – Azərbaycanın kino və teatr aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayan Ağaxan Salmanlı "Ordan – burdan” tamaşasında yaratdığı Bayram bəy obrazı ilə yaddaşlarımızda qalıb...


12 Mart – aktyor, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Zeynalov vəfat edib. Adil Zeynalov "Qətl günü”, "40-cı qapı”, "Durnalar qayıtdı” filmlərində və "Susmuş vicdan” serialında çəkilib...


 

16 Mart – görkəmli sənətkarımız Rəfael Dadaşov vəfat edib. Rəfael Dadaşov uzun müddət ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyindən müalicə olunurdu...

 

16 Aprel – Xalq artisti, kino və teatr aktyoru, rejissor Rafiq Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib...

 

8 May – Azərbaycan kinosunun Gülnazı – aktrisa, diktor və Mədəniyyət Xadimi Tamara Gözəlova vəfat edib. Aktrisa uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib...

 

5 İyul – Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Tofiq Hüseynov vəfat edib. Qeyd edək ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi...


23 İyul – Azərbaycan kino sənətində Maya və Ulduz obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib...


2 Noyabr – Gənc aktyor Samir Qəfərli Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirən şəhidimiz "Ata ocağı” serialında çəkilib...


20 Noyabr – Əməkdar artist Rəşid Səməndər vəfat edib. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olan Rəşid Səməndər özünü binadan ataraq intihar edib...


24 Noyabr – Azərbaycanın dəyərli kino və teatr aktyoru, Xalq artisti Əjdər Həmidov vəfat edib. Aktyor insult keçirmişdi, xəstəxanada müalicə alırdı. Əjdər Həmidov "Kişi sözü” filmində yaratdığı Qasım obrazı ilə də yaddaşlarımızda qalıb...


26 Noyabr – kino və teatr aktyoru, Əməkdar artist İbrahim Əliyev ürək çatışmazlığından vəfat edib. İbrahim Əliyev "Əmək və qızılgül”, "Qətl günü” "Güllələnmə təxirə salınır!” filmlərində çəkilmişdi...


20 Dekabr – Azərbaycanın Əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov vəfat edib. Aktyor ürək çatışmazlığından əziyyət çəkirdi. Atabala Səfərov "Evləri köndələn yar” tamaşasında yaratdığı Ləzgi bərbər obrazı ilə həmişə yaddaşlarımızda qalacaq...

 

21 Dekabr – İlk Bahar qızımız, Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimova vəfat edib...

 

26 Dekabr – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib. Aktrisa uzun müddət xəstəlikdən əziyyət çəkib...

 

31 Dekabr – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov vəfat edib. Aktyor uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkirdi! Ağaxan Şərifov "Nə gözəldir bu dünya...”, "Əlavə təsir”, "Yazıçı” kimi filmlərdə çəkilmişdi...


Allah rəhmət eləsin!

 



OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...