“Zirə”nin də hazırlıq planı məlum oldu

“Zirə”nin də hazırlıq planı məlum oldu
"Zirə” klubunun qış hazırlıq planı bəlli olub.  

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  
 
Komanda yanvarın 2-də hazırlığa start verəcək. Yanvarın 4-dən 14-dək təlim-məşq toplanışı keçəcək "qartallar” bu müddətdə iki yoxlama oyunu keçirəcək. 

"Zirə” yanvarın 10-da "Sumqayıt”, 14-də isə "Qarabağ”la üz-üzə gələcək. Komanda yanvarın 21-də Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Qəbələ”ni qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR