Lənkəranda evdən qadın meyiti tapıldı

Kriminal
17:37 / 26.12.2020
5472
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Sfera.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Cəlalova Dilarə Fərəc qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.