Papa daha bir modelin fotoşəklini “like” etdi

Maqazin
10:43 / 26.12.2020
4025
Katolik Kilsəsinin ruhani
lideri Papa Fransis rəsmi "Instagram" hesabından daha bir modelin
fotoşəklini bəyənib.
Sfera.az xəbər verir ki, Papa Fransis
model Marqot Foksun şəklini "like” edib.
Görüntünü şəxsi "Twitter" hesabında paylaşan model "Papa mənim şəklimi bəyəndi, bu mən cənnətə gedəcəyəm deməkdir", - sözlərini yazıb.
Xatırladaq ki, bir müddət öncə Papanın şəxsi "Instagram" hesabından Natalya Qaribotto adlı braziliyalı modelin fotosunu bəyənməsi böyük əks-səda doğurmuşdu.
Jalə Mehdi
Sfera.az