Super Liqa klubunda yeni baş məşqçi

İdman
13:55 / 25.12.2020
2023
"Erzurumspor"un yeni baş məşqçisi müəyyənləşib.
Sfera.az klubun mətbuat xidmətinə istnadən xəbər verir ki, komanda Məsut Bakkala tapşırılıb. O, bu postda Hüseyn Çimşiri əvəzləyib.
56 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
"Erzurumspor" Super Liqada keçirdiyi 14 turdan sonra 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.