Xalq artistinin qardaşı qızı: “Deyir ki, bibim Səfurə guya cəmi bir ay evli olub...”

Xalq artistinin qardaşı qızı: “Deyir ki, bibim Səfurə guya cəmi bir ay evli olub...”
"Samirə Yusifqızının Space TV-nin efirində bibim, Xalq artisti Səfurə İbrahimovanın ünvanına dediyi sözlərdən çox əsəb keçirmişəm. O özünü bibimin dayısı qızı kimi təqdim edir. Amma bu belə deyil. Atamdan soruşuram ki, Samirə Yusifqızı ilə necə qohumsuz? Deyir ki, o kimdir elə? Mənə elə gəlir ki, o bibimin dayısı nəvəsidir. Mən onu heç qohum kimi tanımıram”

 

Bunu bir neçə gün öncə dünyasını dəyişən Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimova deyib. Xalq artistinin qohumu müğənni Samirə Yusifqızını yalan danışmaqda günahlandırıb.

 

"O deyir ki, bibim Səfurə guya cəmi bir ay evli olub. Bu nə deməkdir? Niyə efirə çıxıb yalan danışır? Bibim həyat yoldaşı Rəcəblə evli olduğu müddətdə illərlə övladı olmadığı üçün müalicə alıb. Sonra deyir ki, Səfurə xanım qonaq istəməyib. Samirə xanım nə vaxt gəldi ki, bibim də onu qovdu? Nə xəstələndi gəldilər, nə də dəfninə.. Amma indi efirdə çıxıb yalandan danışırlar. Samirə bir dəfə gələrdi də.. Eybi yox, qoy bir dəfə gələrdi, bibim onu qovardı.. Gözü hər zaman qapıda qaldı bibimin.  Bibim qapısından heç kimi qovmayıb. Samirə Yusifqızı bibimlə reytinq qazanmasın. Bibimin hələ kəfəni saralmayıb, torpağı soyumayıb. Ayıbdır vallah. Yaxşılığından, sənətindən danışın. Haqqı nahaqqın ayağına verməyin” - deyə Xalq artistinin qardaşı qızı bildirib.

 

Qeyd edək ki, Samirə Yusifqızı Space TV-də yayımlanan "Gəl dərdini danış” verilişində Xalq artisti Səfurə İbrahimova haqda açıqlamalar verib.Moderator

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...