"Vətən yaxşıdır" təsnifini Xudayarla duet şəklində təqdim edildi - VİDEO

Maqazin
18:32 / 24.12.2020
2793
İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış "Vətən yaxşıdır" təsnifi yeni aranjmanda təqdim olunub. Əməkdar artist Abbas Bağırov mahnını Xudayarın ifası ilə duet şəklində oxuyub.
Sfera.az xəbər verir ki, yeni klip formasında təqdim edilən duet ilk olaraq Əlibaba Məmmədovun ifası ilə başlayır. Həmçinin klipdə şəhidlərimizin və Vətən müharibəsi iştrakçılarının görüntüləri yer alıb.
"Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlanıb.