Roza Zərgərli qızı ilə bağlı ittihamlara cavab verdi: "ŞANTAJ EDİB..."

Roza Zərgərli qızı ilə bağlı ittihamlara cavab verdi:
Müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallanması məsələsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, R.Zərgərli həmin şəxsi tanımadıqlarını və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini söyləyib:

"Jurnalist peşəsinə hörmətim var, əksəriyyəti savadlı və ədalətlidir. Amma bəziləri yalan, böhtan xarakterli, qərəzli, həqiqətə uyğun olmayan xəbər yayır. Şantaj edib, pul qazanmaq üçün əsassız xəbərlər yaymaqla, qarayaxma kampaniyası ilə məşğuldurlar. Peşəkar jurnalistlər bunu etmir. Yersiz sözlər işlətmək istəmirəm. Nəticədə hər kəs öz qabiliyyətinə görə hərəkət edir. Qısası onu deyim ki, faciəvi şəkildə dünaysını dəyişən Ramin Əliyevi mən tanımıram. Ölənə "Allah rəhmət eləsin" demək, bir insan kimi onun ailəsinə və yaxınlarına başsağlığı vermək lazımdır. O, Bənövşə Allahverdiyevaya ev bağışlamayıb. Onun yanında özünə qəsd etməyib. Bu, uydurma, yalan və böhtandır. Bu məlumatları yayanlar birinci Allah, ikinci qanun qarşısında cavab verəcəklər!".

Xatırladaq ki, hadisə noyabrın 17-də da Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında baş verib. Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib. 36 yaşlı iş adamının Bənovşə Allahverdiyeva ilə münasibətdə olduğunu, ona məşhur yaşayış komplekslərinin birindən ev aldığı yazılıb. Hətta onun Bənövşənin yanında intihar etdiyi deyilib.

R.Əliyevin atası isə mediaya açıqlamasında oğlunun ölümü haqda bəzi iddialar irəli sürüb. O bildirib ki, oğlu əvvəl qayınatası ilə birlikdə işləsə də, sonradan özünə ayrı biznes qurub. O, övladının qayınatası Fərhad bəyin oğluna dəfələrlə mane olmağa çalışdığını deyib. O, R.Əliyevin həyat yoldaşı Samirənin biznesini onun adına keçirməsi üçün ona şantaj etdiyini söyləyib:

"Oğluma dedi ki, ya yarısını mənim adıma keçir, ya boşanacam. Sonra Fərhadın oğlu Pərviz başladı ki, 50 faiz mənim olmalıdır. Samirə isə bu dəfə biznesin 100 faizini tələb edirdi. Oğlum ofisin yanında kirayə ev götürüb orada qalırdı. Qardaşına isə deyib ki, məni izləyirlər. Ayın 15-də Samirə gəlib oğlumun ofisinə. Ramin qapını örtüb söhbət etmək istəyəndə Samir qoymayıb. İçəridə şüşə sındırıb. Ramin qaçıb maşına tərəf. Maşının baqajını açanda silah səsi eşidilib və oğlum yıxılıb. Bilinmir oğlum vurulub, ya özünü öldürüb. Yalandan dedilər, intihar. Tüfənglə oğlum intihar edə bilərdi? Tüfənglə necə vurdu özünü?".



OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...