“Ayıb deyil, utanmırsan?” – Əli Mirəliyevdən Mətanət İsgəndərliyə sərt sözlər

“Ayıb deyil, utanmırsan?” – Əli Mirəliyevdən Mətanət İsgəndərliyə sərt sözlər

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozan 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın ad günündə Əməkdar artist Mətanət İsgəndərlinin də iştirak etdiyi barədə məlumat vermişdik.


Əməkdar artistin bu addımı isə birmənalı qarşılanmayıb.

 

Məsələyə biganə qalmayan müğənni Əli Mirəliyev baş verənlərlə bağlı Sfera.az-adanışıb:


"Özünə hörmət edən müğənni bu addımı atmazdı. Mən şəxsən indiki məqamda müğənnilərin efirə çıxıb, oxumağını da düzgün hesab eləmirəm. Hələ bizim şəhidlərimizin 40-ı çıxmayıb, onların qanı qurumayıb. Ayıb deyil, utanmırsınız? Özünüzü kimə göstərirsiniz?”

 

Sənətçi söhbət əsnasında hazırda ciddi təcrid şəraitində yaşadığını deyib:


"Biz də insanıq da, bu xəstəlik kütləvi şəkildə varsa, demək mənə də keçə bilər. Xəstəlik axtarmıyacaq ki, bu Əlidir, Mətanətdir, ona olmaz. Bax, mən özüm ailəmin yanından ayrılıb, gəlmişəm Mərdəkana, tək yaşayıram. Toyuqlarımla, göyərçinimlə başımı qatıram. Heç yerə çıxmıram. Guya mən efirə çıxa bilmərəm? Hazırda ARB telekanalında yeni veriliş məni gözləyir. Özü də Əməkdar artist Tünzalə Əliyeva ilə birlikdə aparacağıq. Amma hələ gözləyirik ki, vəziyyət biraz sabitləşsin".

 

Xatırladaq ki, ötən gün təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib. Daxili İşlər Nazirliyində Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.

 

Jalə Mehdi

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...