Koronavirusdan vəfat edən Xalq artistinin dostu DANIŞDI: "Konkret söz demədilər..."

11:52 / 22.12.2020
5575
"Çox təəssüf ki, əziz dostumu itirdim. Bu gün səhər saat 7 radələrində koronavirusdan dünyasını dəyişdi . Vəziyyəti çox ağır idi. Ona baş çəkməyimizə icazə verilməsə də, hər dəqiqə həkimi ilə əlaqə saxlayırdım”.
Bunu bu gün koronavirusdan vəfat edən Xalq artisti Sabir Əliyevin yaxın dostu Anar Əliyev Sfera.az-a açıqlamasında söyləyib.
"Sabir müəllimin harada dəfn olunması ilə bağlı bizə konkret söz demədilər. Bildiyiniz kimi o, 42 ildir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında muğam şöbəsində çalışırdı. Hazırda çalışdığı yerə müraciət etmişik. Onlar da müvafiq qurumlara müraciət edəcək”.
Xatırladaq ki, bir neçə gün öncə Xalq artistinin vəziyyəti ağırlaşdığından Kürdəxanı qəsəbəsində yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi. Dostu Anar Əliyev saytımıza açıqlamasında sənətçinin vəziyyətinin ağır stabil olduğunu bildirmişdi.
Jalə Mehdi
Sfera.az