“Peyvəndlər mutasiya etmiş yeni növə qarşı təsirli olacaq” - Açıqlama

Dünya
23:53 / 21.12.2020
7032
"Hazırlanan koronavirus əleyhinə peyvəndlər COVID-19-un mutasiya etmiş yeni tipinə qarşı təsirli olacaq”.
Sfera.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Təcili xəstəliklər şöbəsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove deyib.
O, əlavə edib ki, britaniyalı mütəxəssislər peyvəndin koronavirusun mutasiya nəticəsində yaranan yeni növünün tədqiqatını davam etdirir.