Məşhur aktyor sürücülük hüququndan məhrum edildi - FOTO

12:25 / 19.12.2020
3471
Türkiyəli məşhur aktyor Ahmet Kural sürücülük hüququndan məhrum edilib.
Sfera.az xəbər verir ki, aktyor bu ilin fevralında Türkiyənin Üsküdar istiqamətində sərxoş vəziyyətdə avtomobil idarə edib.
İdarəetməni itirərək qəza keçirən aktyor 2 avtomobili yararsız vəziyyətə salıb və 1 nəfərin ağır yaralanmasına səbəb olub.
Ötən gün məhkəmədə "Şüurlu halda insanın yaralanmasına səbəb olmaq" maddəsi ilə ittiham olunan aktyorun 12 min lirə cərimə ödəməsi və 10 ay müddətinə sürücülük vəsiqəsinə əl qoyulması barədə qərar qəbul edilib.
Jalə Mehdi
Sfera.az