ABŞ tarixində ilk dəfə hindu nazir təyin edilir

Dünya
17:12 / 18.12.2020
1246
ABŞ tarixində ilk dəfə yerli sakinlər olan hinduların nümayəndəsi, 60 yaşlı Deb Halland daxili işlər naziri ola bilər.
Sfera.az xəbər verir ki, ABŞ-ın yeni seçilən prezidenti Cozef Bayden onun adını bu vəzifəyə namizədlər arasında çəkib.
Deb Halland hinduların Laqun Pueblo qəbiləsindəndir. Onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir. O, ABŞ-ın yerli xalqlarının problemləri ilə məğul olur. 2011-ci ilin məlumatına əsasən, ABŞ-da 3 milyondan çox hindu, 562 qəbilə yaşayır.
Ərhun