Müğənnilərin müraciət etdiyi falçı koronavirusdan vəfat etdi - FOTO

Maqazin
19:46 / 16.12.2020
5466
Şou-biznesin tanınmış simalarının tez-tez müraciət etdiyi astaralı falçı Məmmədsəfa vəfat edib.
Sfera.az xəbər verir ki, onun ölümünə səbəb koronavirus infeksiyasına yoluxması olub.
Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayeva, müğənni Mətanət Əsədovanın falçının evində görüntüləri yayılmışdı. E.Abdullayeva uzun müddət xəstə olduğunu, mollanın ona şəfa verdiyini etiraf etmişdi.
Mətanət Əsədova da mövzu ilə bağlı danışarkən Məmmədsəfanın onu xəstəlikdən sağaltdığını bildirmişdi.
