Məşhur aktyorun səs yazısı yayıldı: “Hamınız rədd olub gedin”

Maqazin
17:19 / 16.12.2020
5182
Dünyaca məşhur
aktyor Tom Kruzun işçilərini təhqir etdiyi səs yazısı ortaya çıxıb.
Sfera.az xəbər verir ki, aktyor "Mission İmpossible 7”nin çəkiliş meydançasında hirsini cilovlaya bilməyib.
58 yaşlı Kruz, setdə koronavirus tədbirlərinə əməl etməyən işçiləri təhqir edib:
"Bir də belə vecsizlik görsəm, mən demədən hamınız rədd olub gedin. Biz bu lənətə gəlmiş filmin çəkimlərini sizin ucbatınızdan dayandırmaq məcburiyyətində qalırıq. Siz bilirsinizvirusa görə nə qədər Hollivud filmlərinin çəkilişləri dayandırılıb? Bəsdirin də etməyin belə”, - deyə T. Kruz bildirib.
Jalə Mehdi
Sfera.az