Məşhur aktrisa ailəsi ilə birgə koronavirusa yoluxdu - Yas məclisində...

Maqazin
13:18 / 16.12.2020
2495
"Dudaktan
kalbe” serialının məşhur aktrisası Aslı Tandoğan ailəsi ilə birlikdə
koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, aktrisa sosial media hesabında koronavirusa qayınatasının yas mərasimində tutulduqlarını açıqlayıb.
"Mən dekabrın 2-dən bəri koronavirusla bağlı müalicə alıram. Vəziyyətim ağır olduğundan 5 gün xəstəxanada müalicə aldım. İndi vəziyyətim normallaşıb, virusa demək olar ki, qalib gəlmişəm. Məndən sonra həyat yoldaşım da tutuldu. O, 13 gündür ki, xəstəxanada müalicə alır. Onun virusa yoluxacağı ağlıma belə gəlməzdi. Çünki idmançıdır nə siqaret çəkir, nə də spirtli içki içir. Çox çətin günlər keçirdik, yaxınlarınızı qoruyun. Çünki, heç bir şey insanın sağlamlığından önəmli deyil", - deyə A.Tandoğan qeyd edib.
Jalə Mehdi
Sfera.az