Hadisənin bütün hədiyyələrini geri qaytardı - Keçmiş sevgilidən gözlənilməz addım

Maqazin
14:18 / 14.12.2020
1831
Məşhur müğənni Hadisə ilə yollarını ayıran aktyor Kaan Yıldırım gündəmdən düşmək bilmir.
Sfera.az-ın məlumatına görə, 10 aydır sevgili olan və bir neçə gün öncə münasibətlərinə son qoyan cütlüklə bağlı qalmaqallı xəbərlər yayılmağa davam edir.
Bildirilir ki, Kaan keçmiş sevgilisinin onu "Instagram” hesabından izləmədən çıxarmasına əsəbləşərək ilginc addım atıb. Belə ki, o, Hadisənin aldığı şalvar, ayaqqabı və saat kimi bütün hədiyyələri sürücüsü ilə müğənniyə çatdırıb. Aktyor hətta Hadisənin ona iti Spot üçün hədiyyə etdiyi qayışı belə geri qaytarıb.
Jalə Mehdi
Sfera.az