“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi - FOTO

11:30 / 14.12.2020
1386
Türkiyənin
ustad aktyorlarından olan Mete Yavaşoğlu dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu haqda "Türk Aktyorlar Birliyi”nin rəsmi "Twitter” hesabında məlumat verilib.
78 yaşlı aktyorun ürəktutmasından öldüyü bildirilir.
Qeyd edək ki, aktyor "Akasiya Durağı”, "Kurtlar Vadisi”, "İki Ailə”, "İkinci Bahar”, "Ruhsar”, "Kaynana gibi” seriallarla məşhurluq qazanıb.
Jalə Mehdi
Sfera.az