43 yaş kiçik sevgilisi Tatlısəsi keçmiş həyat yoldaşından qısqanıb evi tərk etdi - FOTO

Maqazin
12:17 / 12.12.2020
2183
Türkiyəli müğənni İbrahim Tatlıseslə özündən 43 yaş kiçik sevgilisi
Gülçin Karakayanın ayrıldığı idda olunur.
Sfera.az xəbər
verir ki, iddialara görə ayrılığa səbəb isə qısqanclıqdır.
Belə ki, ötən günlərdə Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldızın "İbo Show" proqramına qatılması Karakayanı bərk əsəbləşdirib.
Qısqanclıq edərək İbrahim Tatlısəslə dalaşan 26 yaşlı Gülçin evi tərk edib. O, hətta sənətçini sosial şəbəkələrdə izləmədən çıxararaq, onunla bağlı bütün şəkilləri də hesabından silib.
Ayrılıq iddiaları ilə bağlı tərəflərdən heç biri açıqlama verməyib.
Jalə Mehdi
Sfera.az