Gürcüstanda daha 50 nəfər koronavirusdan öldü

Dünya
11:32 / 12.12.2020
1740
Gürcüstanda son sutkada koronavirusa 3 907 yeni yoluxma faktı qeydə alınıb, 3 780 nəfər sağalıb, 50 pasiyent isə vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, son 24 saatda COVID-19-a ən çox yoluxma Tbilisi (1 588), İmereti (599) və Acarıstanda (333) təsdiqlənib.