Mustafa Ceceli Şöhrətin mahnısını oxudu - VİDEOKLİP

Maqazin
11:16 / 12.12.2020
2718
Türkiyəli məşhur müğənni Mustafa Ceceli azərbaycanlı müğənni Şöhrət Məmmədovun mahnısını özünəməxsus tərzdə ifa edib.
Sfera.az xəbər verir ki, ifaçı "Öpüm nəfəsindən" adlı mahnını Ekin Uzunlar ilə birlikdə oxuyub.
Mahnıya artıq klip də çəkilib. Maraqla qarşılanan klip "Youtube" kanalında 19 saat ərzində 677 mindən çox insan tərəfindən izlənilib.
Qeyd edək ki, Şöhrətin 4 ay öncə eyni platformaya yerləşdirilən klipi isə 55 milyon dəfə izlənilib.
Aysel
Sfera.az