Türkiyədə 56 saatlıq “Evdə qal!” rejimi başladı

Türkiyədə 56 saatlıq “Evdə qal!” rejimi başladı
Türkiyədə koronavirus infeksiyasının yayılmasına qarşı tətbiq olunan növbəti 56 satlıq "Evdə qal!” rejiminə başlanılıb.

Sfera.az xəbər verir ki, dekabrın 11-də saat 21.00-da qüvvəyə minən rejim bazar ertəsi saat 5.00-dək davam edəcək.

Qeyd edək ki, həftənin ilk beş günü Türkiyədə "Evdə qal!” rejimi saat 21.00-dan saat 5.00-a qədər qüvvədə olur. Cümə axşamları isə qarşıdakı iki günü əhatə edən 56 saatlıq məhdudiyyət qüvvəyə minir.

Bundan başqa, xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla digər günlər yalnız saat 13.00-dan 16-dək evdən çıxmağa icazə verilir.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...