Ramzan Kadırovun qızına yeni vəzifə verildi

Dünya
21:29 / 11.12.2020
3155
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırovaya vəzifə verilib.
Sfera.az xəbər verir ki, Xədicət Qroznıda Məktəbəqədər Təhsil Şöbəsinin rəhbəri təyin olunub. Məktəbəqədər Təhsil Komitəsinin sədri Aslanbek Cunaidovun sözlərinə görə, Xədicətin bu sahədə təcrübəsi şəhərin məktəbəqədər təhsilini daha yüksək səviyyəyə qaldıracaq.
Xatırladaq ki, bu ilin sentyabrında Ramzan Kadırovun digər qızı Ayşat Kadırova Çeçenistanın mədəniyyət nazirinin birinci müavini təyin olunub.