Xanımların rəhbərlik etdiyi Finlandiya - İşlər necə gedir?

Xanımların rəhbərlik etdiyi Finlandiya - İşlər necə gedir?

"Euronews” kanalının əməkdaşı Loren Çedviq Finlandiyanın qadın hökuməti barədə maraqlı yazı yazıb. Yazını qısa xilasələrlə oxuculara təqdim edirik.


Bir il öncə Finlandiyada 34 yaşlı xanım Sanna Marin baş nazir olmaqla dünyada bu postu tutan ən gənc nazir oldu. Onu da qeyd edək ki, o məhz xanımların rəhbərlik etdiyi 5 partiya ilə birlikdə koalisiya hökuməti qurmuşdu.

 

Marinlə yanaşı, yeni hökumətdə Sol Alyansın lideri Li Anderson, Yaşıl Liqanın rəhbəri Mariya Oxisalo, Finlandiyanın İsveç Xalq Partiyasından Anna-Mayya Henriksson və Mərkəzçi Partiyanın sədri Katri Kulmuni də təmsil olundular.


Finlandiya başqalarının onun haqqında düşünməsində maraqlıdır.


Marin fəhlə sinfinin nümayəndəsi olaraq 27 yaşında Tampere şəhər sovetinə seçilir. 2015-ci ildə isə ölkə parlamentinin üzvü olur. Sosial Demokratlar Partiyasına rəhbərliyə isə əvvəlki baş nazir və liderləri Antti Rinnenin poçt işçilərinin tətili nəticəsində istefaya getməsi nəticəsində gəlib. Lakin COVİD-19 bu hökumət üçün ilk sınaq oldu. Ona görə də həmin hökumətin əsas siyasəti məhz pandemiya ilə mübarizəyə həsr edilib.


Effektiv erkən reaksiya


Finlandiya hökuməti COVID-19 böhranına erkən reaksiya göstərdiyinə görə təqdir edildi. Hökumət dərhal məktəbləri bağladı və 300-dən az virusa yoluxma qeydə alınan 16 mart tarixində ölkəyə giriş-çıxışı qapatdılar. Nəticədə iyil, avqust aylarında Finlandiyada virusa yoluxma gündəlik 20-yə düşdü. Amma indi bu ölkə də ikinci dalğa ilə üz-üzədir.


Reading və Liverpool Universitetinin tədqiqatçıları apardığı araşdırma nəticəsində qadın liderləri olan ölkələrdə COVID-19-la bağlı xəstəlik və ölüm hadisələrin sayında "əhəmiyyətli və sistematik" bir fərq olduğunu üzə çıxıb.


Onların qənaətincə butendensiya "qadın liderlərin potensial ölümlə qarşılaşdıqda daha sürətli və qətiyyətli reaksiya göstərmələri”ndən irəli gəlir.

Lakin ikinci dalğada erkən uğurlara baxmayaraq, Marin hökuməti COVID-19 reaksiyası ilə əlaqədar daha güclü tənqidlərlə üzləşdi.


Finlandiya indi gündəlik yüzlərlə infeksiya ilə ikinci bir COVID-19 dalğasının ortasındadır.

 

Ölkənin Ədliyyə Kansleri də keçən həftə Finlandiya nazirliklərinin reaksiyası, təşkili və əməkdaşlığının pandemiya ilə mübarizə üçün kifayət olmadığını bildirib.


Hökumətə olan etimadın azalması ilə ölkədə populist Finlər Partiyasının nüfuzu artmağa başlayıb. Müxalifətin hökumətə qarşı tənqidi kəskinləşdiyindən, yay aylarından başlayaraq iqtidar daxilində iqtisadi, sosial-siyasi məsələlərdə fikir ayrılıqları yaranıb.


Cinsi bərabərlik istiqamətində əsas gedişlərdə mütərəqqi proqram


Mütəxəssislər, Marin hökumətinin gender siyasəti istiqamətində daha mütərəqqi addımlar atdığını söyləyir. Hökumət atalara da analarla bərabər məzuniyyət izni verəcək. Həmçinin bioloji olmayan valideynlərə də eyni məzuniyyət izninin verilməsi təklifləri səslənib.


Mövcud sistem "ataların kiçik uşaqlarla evdə qalması üçün daha böyük kvotanın olmasını əsas götürən bir plandır. Keçən ilin ilk səhv addımlarından birində Finlandiyanın maliyyə naziri Katri Kulmuni İnstaqramda keçirdiyi sorğuda qondarma İslam Dövləti ilə əlaqəli qadın və uşaqların ölkəyə geri buraxılmasına icazə istədi.


Bəzi sahələrdə irəliləyiş yoxdur

 

Məsələn, hökumətin bu dəyişikliyə sadiq olduqlarını söyləməsinə baxmayaraq, ölkənin transseksual siyasəti o qədər də mütərəqqi deyil. Bu arada Finlandiya transseksualların cinsiyyət dəyişdirdikdən sonra sterilizasiya edilməsini tələb edibki, bu da BMT hesabatında "işgəncə” kimi qınanılıb.


Eyni zamanda, sentyabrda Avropa Şurasının İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyası Finlandiyanı "böyüyən irqçi və dözümsüz nifrət nitqi ilə mübarizə aparmağa" və "immiqrantlar üçün inteqrasiya fəaliyyətlərini daha yaxşı əlaqələndirməyə" çağırıb.

 

Tərcümə etdi: İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...